IMG-LOGO

700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir

24 Jun 2026 22:12 8 baxış
IMG
1 0

Xəbər verdiyimiz kimi iyunun 7-si keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb. Birinci ixtisas qrupunda 700 balı  Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Məcidli Burlaxatun toplayıb. 

Lent.az-ın əməkdaşı Burlaxatunla həmsöhbət olub.

Burlaxatun deyib ki, o, Azərbaycan Diplomatik Akademiyasında (ADA) memarlıq ixtisası üzrə təhsil alacaq:

“700 bal toplamaq çox qürurverici hisdir. Sizə bunu sözlə ifadə edə bilmərəm. Gələcəkdə tanınmış işinin, peşəsinin vurğunu bir memar olmaq istəyirəm, bu mənim uşaqlıq arzumdur. Universitetə hazırlaşdığım dövrdə telefon istifadə etmişəm, lakin sual versəniz ki, necə oldu ki, o mənim oxumağıma təsir etmədi? Deyərdim ki, mən telefon işlətsəm də, dərslərimi axsatmadım. Telefon o halda abituriyentə zərər vurur ki, o, boş məqsədlər üçün istifadə edilsin. Halbuki istirahət zamanı və elmi məlumatlar axtararkən telefonla məşğul olmağın heç bir zərəri yoxdur”.

O qeyd edib ki, 700 bal toplamaq şans yox bacarıq tələb edir:

“Məqsədimə çatmaq üçün əzmlə çalışmaq uğurumun başlıca səbəbidir. Əzmlə çalışanlar hər bir çətinliyin öhdəsindən gələ bilərlər. Mən dördüncü sinifdən doqquzuncu sinfə qədər riyaziyyat, yeddinci sinifdən Azərbaycan və ingilis dili, doqquzuncu sinifdən isə fizika və kimya fənlərindən hazırlığa getmişəm”. 

Qeyd edək ki, Burlaxatunla birlikdə əkiz bacısı Banu Məcidli də yüksək nəticə əldə edib.

abituryent

Mənbə: lent.az

Xəbər lenti