IMG-LOGO

“WhatsApp”da yeni təyinat: CEO vəzifəsinə Kunal Şah gətirildi

25 Jun 2026 05:04 3 baxış
IMG
0 0

Təxminən yeddi ildir “WhatsApp”a rəhbərlik edən Uill Ketkart vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, onun yerinə Hindistanın CRED şirkətinin qurucusu Kunal Şah təyin edilib.

Meta rəhbəri Mark Zuckerberg Şahın qlobal baxışa və innovativ düşüncəyə malik olduğunu bildirib.

Eyni zamanda Meta CRED şirkətinə 900 milyon dollar sərmayə yatıraraq onun 20 faiz payını əldə edib.

Mütəxəssislər bu dəyişikliyi Metanın “WhatsApp”ın ən böyük bazarı olan Hindistanda mövqeyini gücləndirmək və platformanın gəlirlərini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

WhatsApp

Mənbə: lent.az

Xəbər lenti