Naxçıvanda azyaşlı bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə Babək rayonu, Şıxmahmud kəndində qeydə alınıb.
Kənd sakini 10 yaşlı Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr Naxçıvan meyit ölümMənbə: lent.az