IMG-LOGO

Qadın ərinin cəsədini hissələrə bölüb 15 il soyuducuda saxladı

25 Jun 2026 10:28 6 baxış
IMG
0 0

Yaponiyanın Kobe şəhərində 50 yaşlı qadın keçmiş ərinin cəsədini 15 il ərzində dondurucuda saxladığı üçün həbs edilib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, qadın keçmiş ərinin cəsədini hissələrə ayıraraq, evindəki dondurucuda saxlayıb.

İstintaqın məlumatına əsasən, kişi 2011-ci ildə vəfat edib. Qadın isə onun ölümündən bir il sonra sadələşdirilmiş prosedur əsasında rəsmi şəkildə boşanıb. Yaponiya qanunvericiliyinə görə, tərəflər arasında qarşılıqlı iddia olmadıqda, hər iki tərəfin imzası ilə bələdiyyəyə ərizə təqdim etməklə nikahın pozulması mümkündür.

Dindirilmə zamanı o, ərinin ölümü ilə bağlı hadisədə iştirak etmiş ola biləcəyinə işarə edən ifadələr də verib. Hazırda hüquq-mühafizə orqanları onun ölümün başverməsində rolunun olub-olmadığını araşdırır.

Hadisələr dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti