IMG-LOGO

"Fənərbaxça" 20-yə yaxın futbolçusu ilə yollarını ayırır

25 Jun 2026 15:14 3 baxış
IMG
2 0

"Fənərbaxça" klubu yeni mövsüm üçün heyətdə ciddi dəyişiklik planı hazırlayıb.

Lent.az Türkiyə KİV-nə istinadlıa xəbər verir ki, İstanbul klubunun rəhbərliyi yeni transferlərə yer açmaq məqsədilə ən azı 17 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

İcarə müqavilələri başa çatanların komandaya qayıtmasından sonra əsas futbolçu sayı 40-a yüksəlib. Klubun transfer dönəmi başa çatana qədər 5 futbolçu transfer etməyi planlaşdırdığı bildirilir. Bu transferlər də reallaşarsa, əsas komandadakı futbolçu sayı 45-ə çata bilər.

Lakin Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən, klublar mövsüm üçün maksimum 28 futbolçudan ibarət siyahı təqdim edə bilər. Bu səbəbdən klub rəhbərliyi heyətdə geniş dəyişiklik etməyə məcburdur.

Məlumata görə, ayrılacaq futbolçular arasında ilk növbədə məşqçilər heyətinin yeni mövsüm planlarına daxil etmədiyi və kluba yüksək maliyyə yükü yaradan oyunçular yer alacaq. Rəhbərlik bəzi futbolçuların menecerləri ilə danışıqlara başlayıb, transfer və ya icarə variantları üzərində işləyir. 

Klubun məqsədi avqustun 14-dək məşqçilər korpusunun istədiyi heyəti tamamlamaq və federasiyanın heyət qeydiyyatı tələblərinə uyğun siyahını təqdim etməkdir.

fənərbaxça futbolçu

Mənbə: lent.az

Xəbər lenti