IMG-LOGO

"Mercedes"lə “Range Rover” toqquşdu, sərnişinlər belə çıxarıldı - VİDEO

25 Jun 2026 16:17 5 baxış
IMG
0 0

Bakıda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Nizami rayonu, Bəşir Bünyatov küçəsində baş verib.

"112" qaynar xəttə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “Range Rover” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, Şıxbala Əhmədovu və sərnişin, Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisələr yol qəzası FHN

Mənbə: lent.az

Xəbər lenti