IMG-LOGO

"TikTok"er öz fanatını öldürdü

26 Jun 2026 09:26 3 baxış
IMG
28 0

Dubayda 23 yaşlı britaniyalı bloqer Bruk Corc qəsdən adam öldürməkdə ittiham olunub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırda "TikTok" platformasında təxminən 100 min izləyicisi olan bloqer Bur-Dubay həbsxanasında saxlanılır.

İstintaqın məlumatına görə, qətlə yetirilən şəxs internet vasitəsilə tanış olduğu Böyük Britaniya vətəndaşı olub. Bildirilir ki, qadının Dubaya səfərləri zamanı onların arasında münaqişə yaranıb.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, növbəti mübahisə zamanı o, kişiyə bıçaq zərbələri endirib və nəticədə həmin şəxs həyatını itirib. Bloqer isə özünü müdafiə etdiyini iddia edib. Onun sözlərinə görə, tanışı uzun müddət ona fiziki zorakılıq göstərib və mütəmadi olaraq döyüb.

Bruk Corc ölkəni tərk etməyə cəhd göstərərkən saxlanılıb. Lakin onun həbs olunması barədə məlumat sonradan ictimaiyyətə açıqlanıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hadisəni diqqətdə saxladığını və Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti qurumları ilə əlaqədə olduğunu bildirib.

Kriminal qətl "tik-tok"er fanatını öldürdü

Mənbə: lent.az

Xəbər lenti