Samsungun 2027-ci ildə təqdim edəcəyi gözlənilən “Galaxy S27” seriyasına sürpriz olaraq “Galaxy S27 Pro” modelinin də daxil ediləcəyi iddia olunur.
Lent.az xəbər verir ki, məlumata görə, şirkət uzun illərdən sonra flaqman seriyasında dörd model strategiyasına keçməyi planlaşdırır.
Sızdırılan məlumatlara əsasən, “Galaxy S27 Pro” təxminən 6,47 düymlük OLED ekran, yüksək səviyyəli texniki göstəricilər və Ultra modelindəki bəzi premium funksiyaları daha kompakt gövdədə təqdim edəcək.
Cihazın həm performans, həm də qiymət baxımından standart model ilə Ultra arasında mövqe tutacağı bildirilir.
Hazırda bu məlumatlar rəsmi təsdiqini tapmayıb və Samsungun “Galaxy S27” seriyasını 2027-ci ilin əvvəlində təqdim edəcəyi gözlənilir.
Samsung
Mənbə: lent.az