IMG-LOGO

Qaxda kafenin icarədarı dostunu götürüb yerə çırpdı - Ofisianta görə

27 Jun 2026 15:03 7 baxış
IMG
0 0

Qaxda dava olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən “Sahil” parkının kənarında qeydə alınıb.

İttiham aktına görə, 42 yaşlı Vahid Qəmbərov (ad və soyad şərtidir) tanışı Elçinlə (şərti adla) mübahisə edib. Mübahisəyə səbəb isə Elçinin Vahidin kafesində işləməyə gələn qadın ofisianta iş təklif etməsi olub. Mübahisə zamanı Vahid əvvəlcə yumruqla Elçinin sifətinə vurub, sonra isə belindən tutub qaldıraraq, yerə çırpıb. Nəticədə Elçin sifət və xüsusən də, ağız nahiyələrindən xəsarətlər alıb.

Bu əməlinə görə, V. Qəmbərov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdıqlarını deyib. Zərərçəkən şəxs də dəymiş ziyanın ödənildiyini və Vahidə qarşı şikayətçi olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Vahid Qəmbərov məsuliyyətdən azad olunub.

Hadisələr kriminal xəbərlər cinayət işləri məhkəmə işləri məhkəmə qərarları Qax

Mənbə: lent.az

Xəbər lenti