Vozinha futbol üzrə dünya çempionatının 1/16 finalında Argentina millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Lent.az xəbər verir ki, Kabo-Verde millisinin təcrübəli qapıçısı Argentina yığmasının kapitanı Lionel Messini bütün dövrlərin ən böyük futbolçusu adlandırıb və ona qarşı oynamağın arzusunda olduğunu bildirib:
"Messi bütün dövrlərin ən böyük futbolçusudur. Hər komanda onunla qarşılaşacağı zaman həyəcan və narahatlıq keçirir. Onunla eyni meydanı bölüşmək mənim arzumdur. Bir gün uşaqlarıma fəxrlə deyəcəyəm ki, Messiyə qarşı oynamışam. Onu dayandırmağın demək olar ki, mümkünsüz olduğunu bilirəm. Amma mənə qol vurmaması üçün əlimdən gələn hər şeyi edəcəyəm".
Argentina – Kabo-Verde qarşılaşması iyunun 29-da keçiriləcək.
Argentina millisi J qrupunu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib. Kabo-Verde isə H qrupunda ikinci yeri tutaraq Uruqvay millisini geridə qoyub və 1/16 finala vəsiqə qazanıb.
İdman xəbərləri Dünya Çempionatı
Mənbə: lent.az