Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
Lent.az xəbər verir ki, əsas kartın növbəti döyüşündə Azərbaycan təmsilçisi oktaqona çıxıb.
Yüngül çəki dərəcəsində Nazim Sadıxov Braziliyadan olan Mateus Kamilo qarşılaşıb.
Təmsilçimiz ilk raunda aktiv başlayıb. Lakin hissənin ortalarında Kamilo nakautla qələbə qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
nazim sadıxov ufcMənbə: lent.az