Pakistanın Kəraçi şəhərində təhlükəsizlik qüvvələrinin qərargahına terror hücumu nəticəsində azı 6 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə "Dawn" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlardan üçü təhlükəsizlik qüvvələrinin əməkdaşı, digər üçü isə zərərsizləşdirilən terrorçulardır.
Hazırda hadisə yerində xüsusi təyinatlı qüvvələr tərəfindən terrorçuların tam zərərsizləşdirilməsi məqsədilə əməliyyat davam etdirilir.
pakistan terrorMənbə: lent.az