IMG-LOGO

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

01.05.2024 00:57 104 baxış
IMG

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Lent.az xəbər verir ki, turun ilk matçında "Bavariya" Almaniyada İspaniyanın "Real Madrid" klubunu qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qollar: Vinisius Junior 24', Leroy Sane 53', Harri Keyn 57', Vinisius Junior 83'

Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Xəbər lenti