IMG-LOGO

Hökumətdən qərar - Çin elektromobillərinə təzyiq artır

28 Jun 2026 23:24 6 baxış
IMG
0 0

ABŞ administrasiyası Çin istehsalı elektromobillərə qarşı tətbiq etdiyi məhdudiyyətləri genişləndirmək istiqamətində yeni addımlar atır.

Lent.az xəbər verir ki, bu çərçivədə Çin istehsalı komponentlərdən istifadə edən bəzi avtomobil markaları, o cümlədən “Polestar” da daha sərt tənzimləmə ilə üzləşə bilər.

Ekspertlərin fikrincə, məqsəd milli təhlükəsizlik risklərini azaltmaq və yerli avtomobil sənayesinin rəqabət qabiliyyətini qorumaqdır.

Analitiklər bildirirlər ki, bu qərarlar Çin istehsalçılarının Avropa, Yaxın Şərq və digər bazarlara daha fəal yönəlməsinə səbəb ola bilər.

Eyni zamanda, qlobal elektromobil bazarında qiymət rəqabətinin daha da güclənəcəyi gözlənilir.

elektromobil Çin ABŞ

Mənbə: lent.az

Xəbər lenti