Marketdən oğurluq edən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən marketlərin birindən oğurluq edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı F.Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, o, gündüz saatlarında marketə daxil olaraq satıcıların başının qarışmasından istifadə etməklə oğurluq edib.
Faktla bağlı araşdırma aparılır.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Oğurluq Bakı MağazaMənbə: lent.az