IMG-LOGO

Müdafiə nazirindən şok açıqlama: İsrail sabah İranla müharibəyə başlaya bilər

29 Jun 2026 21:43 4 baxış
IMG
1 0

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, əgər İran İsrail ərazisinə raket zərbələri endirərsə, ölkə artıq sabah İranla müharibə vəziyyətində ola bilər.

Lent.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Katz bildirib ki, İsrail Müdafiə Qüvvələrinə (IDF) zərurət yaranacağı təqdirdə İrana qarşı müstəqil hərbi əməliyyat planı hazırlamaq tapşırılıb.

O vurğulayıb ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar davam etsə də, İranın İsrailə istənilən raket hücumu güclü cavabla qarşılanacaq.

“İranın İsrailə atəş açacağına dair heç bir tənliyi qəbul etməyəcəyik. Bu, amerikalılara da aydın şəkildə bildirilib. İsrail Müdafiə Qüvvələri sadəcə bunu gözləyir və hazırlıq vəziyyətindədir. Hədəflər müəyyən edilib”, - Katz deyib.

İsrail İran Katz

Mənbə: lent.az

Xəbər lenti