IMG-LOGO

Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi

29 Jun 2026 23:36 2 baxış
IMG
4 0

Bir neçə gündür aramsız yağan yağışlar Şamaxıda torpaq sürüşməsini aktivləşdirib.

Lent.az xəbər verir ki, Şamaxı rayon mərkəzindən 25 km məsafədə yerləşən Qonaqkənd kəndində torpaq sürüşməsi aktivləşib. Sürüşmə nəticəsində avtomobil yolunda iri çatlar və uçqunlar əmələ gəlib.

Yolda hərəkət çətinləşib. Kənddən 4 km məsafədə baş verən uçqun nəticəsində asfalt örtüyü 40-50 m. dərinlikdə çöküb, yolda iri çatlar əmələ gəlib və avtomobillərin hərəkəti çətinləşib.

Güclü sel Şamaxının daha üç kəndinin də yolunu yararsız hala salıb. Ağsuçayın məcrasından çıxması nəticəsində Şamaxının Qaleybuğurd, Qaladərəsi və Keşmədin kəndləri ilə əlaqə demək olar ki, kəsilib.

Kənd yollarını sel yuyub. Sakinlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib.

 

İlham Əhmədov

Şamaxı kənd sel

Mənbə: lent.az

Xəbər lenti