IMG-LOGO

Daşqında 8 nəfər öldü

02.05.2024 04:50 10 baxış
IMG

Braziliyanın Rio Qrande-du-Sul əyalətində güclü yağış daşqına səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib.

Səlahiyyətlilər daşqın nəticəsində 8 nəfərin öldüyünü, 21 nəfərin itkin düşdüyünü açıqlayıb və 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox avtomobili sel suları aparıb.

Yaxın günlərdə güclü yağışların davam edəcəyi ehtimalı ilə əlaqədar bütün ştatda daşqın riski xəbərdarlığı edilib.

Xəbər lenti