Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandasının Paraqvaya qarşı oyunu ilə bağlı fikirlərini bildirib.
Almaniya gözlənilmədən turnirdəki iştirakını dayandıraraq 1/16 finalda Paraqvaya məğlub olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Naqelsmann kifayət qədər lakonik olaraq qalıb və sadəcə Bundestimin artıq elit komanda olmadığını qeyd edib.
"Pley-offun ilk turunda məğlub olmaq Almaniya futbolu üçün kifayət deyil. Biz ardıcıl üçüncü dəfə Dünya çempionatından kənarlaşdırıldıq, ona görə də artıq ən yaxşı komandalar arasında deyilik. Məyus oldum", - o vurğulayıb.
İdman xəbərləri
Mənbə: lent.az