Göyçayda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra su kanalına düşüb.
“VAZ-2106”nın sürücüsünün boğulduğu ehtimal edilir.
Hazırda onun çıxarılması istiqamətində işlər görülür.
HadisələrMənbə: lent.az