IMG-LOGO

Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR

30 Jun 2026 16:13 10 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli "tik-tok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid E.İ X.Kərimov və Aybəniz Xəlilovanın mübahisələrinə şahid olmadığını, onların çox yaxşı münasibətlərinin olduğunu bildirib.

Digər şahid K.S səhhətində olan problemə görə, məhkəməyə gələ bilmədiyindən onlayn dindirilmə keçirilib. Şahid təqsirləndirilən A. Xəlilovanı qiyabi tanıdığını və haqqında oğlu X. Kərimovdan eşitdiyini  bildirib:

"Mən oğlumdan Aybəniz haqqında həmişə yaxşı sözlər eşitmişəm. Deyirdi ki, Aybəniz ona çox yaxşı baxır. Mən istintaqda verdiyim ifadəni deyil, burada verdiyim ifadəni təsdiq edirəm, mənim o izahatdan xəbərim yoxdur. Mən yaşlı qadınam, çox anlamıram sosial şəbəkələrdən. Mənə demişdilər ki, Aybəniz bizim ailə şəkillərimizi sosial şəbəkələrdə paylaşıb. Amma sonradan məlum oldu ki, bu yalan məlumatdır; bu işi edən hazırda məhkəmə işi gedən "tik-tok"er İlduzə Hacıyeva və başqa bir nəfər olub. Deyirlər guya Aybəniz nəvələrimin üstünə maşın sürüb -  bu tamamilə yalandır. Sonradan öyrəndik ki, həmin adam vaxtilə Xaliddən əməkhaqqısını ala bilməyən şəxs olub".

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.

Növbəti proses 7 iyul, saat 16:45-ə  təyin olunub.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti