İraqda keçirilən antikorrupsiya əməliyyatında parlament üzvü Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram təmiz qızıl və qızıl alt paltarının müsadirə edildiyi bildirilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əməliyyat zamanı parlament üzvləri və bürokratlar da daxil olmaqla 47 şübhəli saxlanılıb və istintaq genişləndirilir.
İraqda davam edən korrupsiya istintaqı kontekstində diqqət çəkən bir iddia ortaya çıxıb. Parlament üzvü Hind əl-Abbasinin evində aparılan axtarış zamanı 57 milyon dollar nağd pul və 27 kiloqram təmiz qızıl aşkarlandığı iddia edilir. Əməliyyat zamanı qızıl alt paltarlarının da tapıldığı bildirilir.
İstintaq çərçivəsində parlament üzvləri və bürokratlar da daxil olmaqla 47 şübhəlinin saxlanıldığı bildirilib. Əməliyyatın dövlət vəsaitlərinin sui-istifadəsi və korrupsiya iddiaları ilə bağlı daha geniş araşdırmanın bir hissəsi olduğu deyilir.
Hind əl-Abbasinin üzvlük qeydiyyatı İraq parlamentinin rəsmi saytında qeyd olunsa da, axtarış və müsadirə edilmiş materiallarla bağlı iddialara görə rəsmi orqanlar hələlik ətraflı izahat verməyib.
Nə baş verib?
İraqdakı son hadisələr baş nazir Əli əl-Zeydi hökumətinin başlatdığı genişmiqyaslı antikorrupsiya əməliyyatının nəticəsidir. Əməliyyat parlament üzvlərini, yüksək vəzifəli bürokratları və dövlət məmurlarını hədəf alıb. Təhlükəsizlik qüvvələri əsasən Bağdadda bir çox yerdə sübh tezdən reydlər keçirib.
Ən azı 7 parlament üzvü və çoxsaylı yüksək vəzifəli dövlət məmuru da daxil olmaqla 47 nəfər saxlanılıb. Korrupsiya istintaqları zamanı milyonlarla dollar nağd pul, qızıl, çoxsaylı silah və sursat müsadirə edilib. İraq Ali Məhkəmə Şurasının elan etdiyi əməliyyatda keçmiş neft nazirinin müavini ilə əlaqəli istintaqla əlaqədar təxminən 10 milyon dollar nağd pul, 3 milyard İraq dinarı, qızıl zinət əşyaları, çoxsaylı uzun lüləli silahlar və təxminən 40 əmlak müsadirə edilib.
Baş nazir Əli əl-Zeydi korrupsiyaya qarşı mübarizədə heç bir güzəştə getməyəcəyini bildirib və bu, əməliyyatların yeni adlara da şamil edilə biləcəyinə işarə edib.
Antokorrupsiya əməliyyatı deputat qızıl alt paltarı

Mənbə: lent.az