Günəşdə güclü partlayış olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri məlumat veriblər.
Bildiriblər ki, iyulun 1-nə keçən gecə Günəşdə ən yüksək gücə malik X sinifli alışma qeydə alınıb. Bu, son vaxtlar Günəş aktivliyinin artmasından sonra müşahidə edilən ilk X sinifli alışmadır.
Mütəxəssislər bildiriblər ki, hazırda Günəşdə rekord ölçüyə malik ləkələr qrupu formalaşıb və bu aktiv bölgə Yer istiqamətinə yönəlib. Bu isə yaxın günlərdə geomaqnit aktivliyinin artması ehtimalını yüksəldir.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. A sinfi ən zəif, X sinfi isə ən güclü alışmalar hesab olunur.
X sinifli alışmalar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər. Belə hadisələr enerji sistemlərinin işində müvəqqəti problemlər yarada, rabitə və peyk sistemlərinə təsir göstərə, həmçinin bəzi heyvan növlərinin miqrasiya marşrutlarına təsir edə bilər.
Günəş Günəşdə güclü partlayış olubMənbə: lent.az