Yay axşamları gərgin trillerlərdən çox, insanın üzündə təbəssüm yaradan romantik filmlər izləmək istəyirik. Günəşli mənzərələr, dəniz sahilləri, sevgi hekayələri və xoş yumorla zəngin ekran əsərləri izləyiciyə sanki kiçik bir tətil hissi yaşadır.
Lent.az belə filmlərdən bir neçəsini təqdim edir.
Spanglish "İspan və ingilis dillərinin qarışığı"Bu film daha yaxşı həyat axtarışı ilə ABŞ-a köçən Flor və onun qızının hekayəsindən bəhs edir. Flor varlı bir ailənin evində işləməyə başlayır və burada fərqli həyat tərzi, ailədaxili problemlər və mədəniyyət fərqləri ilə üzləşir.
Dil maneəsi zaman keçdikcə insanlar arasında səmimi münasibətlərin qurulmasına mane olmur. Film sevgi, hörmət və anlayışın həyatları dəyişə biləcəyini təsirli şəkildə göstərir.
Two is a family ("2+1")Bu fransız komediya-dramı həm güldürür, həm də kövrəldir. Samuel adlı qayğısız gəncin həyatı keçmiş sevgilisinin ona balaca qızını gətirib yoxa çıxması ilə tamamilə dəyişir. O, illər ərzində ata olmağı öyrənir.
Günəşli Fransa sahilləri fonunda çəkilən film ailə sevgisi və həyatın gözlənilməz hədiyyələri haqqında unudulmaz hekayə təqdim edir.
Rüzgara BırakTürk istehsalı olan bu romantik filmdə baş rolları Barış Arduç və Hande Erçel canlandırırlar. Süjet işgüzar Aslı ilə sörfü müəllimi Egenin qarşıdurması üzərində qurulub.
Aslı dənizkənarı ərazidə lüks kurort tikmək istəyir, Ege isə təbiətin qorunması uğrunda mübarizə aparır. Qarşıdurma zamanla romantik münasibətə çevrilir. Filmin möhtəşəm dəniz mənzərələri və yay atmosferi izləyicini dərhal istirahət ovqatına kökləyir.
Letters to Juliet ("Cülyettaya məktublar")İtaliyanın füsunkar şəhərlərində keçən bu romantik film gənc jurnalist Sofinin təsadüfən Cülyettaya yazılmış köhnə məktubu tapmasından sonra başlayır.
O, məktubun müəllifini tapmaq üçün yola çıxır və bu səyahət həm keçmişi, həm də indini dəyişdirən sevgi hekayəsinə çevrilir. Verona və Toskana mənzərələri filmin əsas gözəlliklərindən biridir.
Ticket to Paradise ("Cənnətə bilet")Bir-birinə dözə bilməyən keçmiş ər-arvad qızlarının tələsik evliliyinə mane olmaq üçün Balidə yenidən görüşür. Lakin gözlənilməz hadisələr onların köhnə hisslərini üzə çıxarır. Tropik təbiət, yumor və romantikanın vəhdəti bu filmi yay axşamları üçün ideal seçimə çevirir.
Bu filmlərin hər biri günəşli mənzərələri, romantik atmosferi və pozitiv əhval-ruhiyyəsi ilə izləyiciyə xoş istirahət hissi bəxş edir.
romantik film yay istirahət tətil günəşMənbə: lent.az