IMG-LOGO

Şəkidə villa yandı - VİDEO

01 Jul 2026 21:03 3 baxış
IMG
1 0

Şəkidə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə. Rəsulzadə prospektində qeydə alınıb.

Ramil Nadir oğlu Səmədova məxsus 6 otaqlı fərdi yaşayış evində baş verən yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.

Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Sizin brauzer video tagını dəstəkləmir. şəki yanğın

Mənbə: lent.az

Xəbər lenti