IMG-LOGO

Dünya çempionatı: İngiltərə 1/8 finalda

01 Jul 2026 22:02 5 baxış
IMG
3 0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Lent.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İngiltərə və Konqo Demokratik Respublikası milliləri üz-üzə gəlir. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Qeyd edək ki, oyunun qalibi 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Oyunda hesabı afrikalılar açıb. Brian Cipenqa 7-ci dəqiqədə hesabı açıb. Fasilədən sonra hücumlarının sayını artıran ingilislər Harri Keynlə hesabı bərabərləşdirməyi bacarıb.

 

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti