IMG-LOGO

DÇ-2026: ABŞ 1/8 finalda!

02 Jul 2026 06:10 5 baxış
IMG
1 0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Lent.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər 

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.  Oyunda hesabı ABŞ millisi açıb. İlk hissənin son dəqiqəsində Folarin Baloqun komandasını önə keçirib. 

Baloqun ikinci hissədə mənfi mənada fərqlənib. 64-cü dəqiqədə qırmızı vərəqə alan futbolçu komandasımı 1 nəfər azlıqda qoyub.

Buna baxmayaraq amerikalılar daha bir qol vurmağı bacarıblar. 82-ci dəqiqədə Tilman cəribə zərbəsindən baxımlı qola imza atıb. Görüş bu hesabla başa çatıb: 2:0. 

Bu nəticədən sonra ABŞ millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ 1/8 finalda Belçika ilə qarşılaşacaq.

DÇ-2026 1/16 final 2 iyul 04:00. ABŞ – Bosniya və Herseqovina 2:0

Qol: F. Baloqun, 45, Tilman, 82

Qırmızı vərəqə: F. Baloqun, 64

ABŞ: Friz, Frimen, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Makkenni, Pulişiç, Baloqun

Bosniya  Herseqovina: Vasili, Muharemoviç, Radeljiç, Katiç, Kolaşinaç, Şuniç, Qiqoviç, Dediç, Alaybegoviç, Demiroviç, Dzeko

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti