IMG-LOGO

"Arzum 9999" ləqəbli blogerə 5 il 2 aylıq CƏZA

02 Jul 2026 11:26 2 baxış
IMG
0 0

Bu gün Xəzər rayon Məhkəməsində yol qəzasında bir nəfərin ölümü və digər bir nəfərin isə xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyevanın  cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, təqsirləndirilən İ. Hacıyevanın vəkili vəsatət verərək, cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkillər çıxış edib. Onlar İlduzə Hacıyevaya elan olunan hər iki maddənin təqsirliliyinin sübuta yetirilmədiyini əsas gətirərək, məhkəmədən müdafiə etdikləri şəxsə bəraət verməsini xahiş ediblər. Vəkillər həmçinin İlduzə Hacıyevanın dörd övladının  olduğunu və onlardan birinin autizm xəstəliyindən əziyyət çəkdiyini bildirərək, bunun qərar verilərkən nəzərə alınmasını xahiş ediblər.

Müdafiə vəkilləri 104 min manat dəyərində mülki iddianın da təmin edilməməsini xahiş ediblər.

Zərərçəkən tərəf bildirib ki, onlar mülki iddanın şəhid və qazi ailələrinə göndərilməsini istəyiblər.

Təqsirləndirilən İlduzə Hacıyeva son sözündə özünü təqsirləndirilən şəxs olaraq görmədiyini bildirib və məhkəmədən ədalətli qərar verilməsini xahiş edib:

"Bu məhkəmə 6 aydır gedir və mən buna görə övladımın yanına gedib onun müalicəsində iştirak edə bilmirəm. Biri məni sürətlə keçibsə, bunun günahkarı mənəm? Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm".

Qısa müşavirədən sonra məhkəmə tərkibi hökm oxuyub. Hökmə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını yüngül rejimdə çəkəcək" əlavə edə bilərsiniz

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, dövlət ittihamçısı İ. Hacıyevanın Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə  təqsirli bilərək 3 il sürücülük hüququndan məhrum etməklə,  Cinayət Prosesual Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə 5 il, 9 ay azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki,  hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, İlduzə Hacıyeva  Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq zamanı blogerin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti