Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, daha iki yol sahəsində təmir işləri icra edilir. Bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur:
Bu barədə AAYDA-dan Lent.az-a məlumat verilib.
Bildirilib ki, Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) iyulun 2-si saat 10:00-dan 04.07.2026 saat 07:00-dək – yol tam bağlanır.
Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) iyulun 2-si saat 10:00-dan 03.07.2026 saat 22:00-dək – hərəkət qismən məhdudlaşdırılır. İyulun 3-ü saat 22:00-dan 06.07.2026 saat 07:00-dək – yol tam bağlanacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Anlayışınıza görə təşəkkür edirik.
təmir yollar bağlanılrMənbə: lent.az