IMG-LOGO

Android 17 ilə telefon şifrəsini qırmaq daha çətin olacaq

02 Jul 2026 22:55 3 baxış
IMG
1 0

Googleun yeni əməliyyat sistemi olan Android 17 telefonun kilid təhlükəsizliyini ciddi şəkildə gücləndirəcək.

Lent.az xəbər verir ki, yeni sistemdə PIN kodu təxmin etmə cəhdləri kəskin şəkildə azaldılacaq.

Belə ki, əvvəlki versiyalarda uzun müddət ərzində təxminən 1800 səhv cəhd mümkün idisə, indi maksimum hədd 20 olacaq. İlk dəqiqədə yalnız 6, 24 saat ərzində isə ən çox 12 səhv girişə icazə veriləcək.

Bununla yanaşı, həqiqi istifadəçi şifrəsini unutduğu halda eyni səhv kodu təkrar daxil edərsə, bu bəzi hallarda ümumi limitə daxil edilməyəcək. Kilid ekranında daha aydın geri sayım göstəriciləri və hesabın bərpası üçün yeni qısayol da əlavə ediləcək.

telefon kilid

Mənbə: lent.az

Xəbər lenti