IMG-LOGO

Ronaldo Dünya çempionatı pley-off mərhələsinin ən yaşlı qol vuran oyunçusudur

03 Jul 2026 13:14 3 baxış
IMG
0 0

Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Dünya çempionatı pley-off tarixində ən yaşlı qol vuran oyunçu olub.

Lent.az-ın məlumatına görə, 1/16 final mərhələsində Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qol vurub. O, bunu 41 yaş 148 günlüyündə edib.

Ronaldo 2022-ci il Dünya çempionatı 1/8 final mərhələsində İsveçrəyə qarşı 39 yaş 283 günlüyündə qol vuran Portuqaliya millisinin müdafiəçisi Pepenin rekordunu keçib.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti