Sevgi bəzən insanı ölkə sərhədlərini də aşmağa vadar edir. Azərbaycanın tanınmış müğənni və aktyorları arasında da talelərini xarici ölkə vətəndaşları ilə birləşdirənlər kifayət qədərdir. Onlardan bəziləri ailə qurduqdan sonra başqa ölkədə yaşamağa başlayıb.
Lent.az xarici ölkə vətəndaşları ilə evlənən azərbaycanlı məşhurların siyahısını təqdim edir.
Fidan Hacıyeva
Xalq artisti Fidan Hacıyevanın həyat yoldaşı İngiltərə vətəndaşı, iş adamı Filip Neylordur. Cütlüyün 3 övladı var. Ailə Bakıda yaşayır.
İradə İbrahimova
Müğənni İradə İbrahimova Türkiyə vətəndaşı Ceyhun İzerlə ailə qurub. Mediadakı məlumatlarda onun 2009-cu ildən İstanbulda yaşadığı, bu nikahdan İpək adlı qızı və Əli adlı oğlu olduğu yazılır.
Nigar Camal
“Eurovision-2011”in qalibi Nigar Camal 2005-ci ildə əslən Kiprdən olan Haluk Camalla ailə qurub və Londona köçüb. Bu evlilikdən Jasmin və Səidə adlı iki qızı dünyaya gəlib. Cütlük 2014-cü ildə ayrılıb.
Yeganə Mürsəlova
Müğənni Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Onların Bakıda və Türkiyədə toy mərasimləri keçirilib, bu nikahdan Ömər adlı oğulları dünyaya gəlib.
Məlahət Abbasova
Aktrisa Məlahət Abbasova Türkiyə vətəndaşı ilə ailə qurub və uzun illərdir İstanbulda yaşayır. Mənbələrdə onun Sude və Uğur adlı iki övladının olduğu qeyd edilir.
Cəmilə Tağızadə
Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə ailə qurub. Evlilikdən sonra Türkiyəyə köçüb, bu nikahdan Abdullah Cesur adlı oğlu dünyaya gəlib. Sonrakı illərdə aktrisanın ayrılıq və boşanma prosesi barədə açıqlamaları da mediada yer alıb.
Dilarə Kazımova
Müğənni Dilarə Kazımova Türkiyə vətəndaşı Mərt Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb, 2018-ci ildə isə rəsmi boşanma xəbəri yayılıb.
Nigar Bahadırqızı
Aktrisa Nigar Bahadırqızı Türkiyə vətəndaşı Ersel Aktarla ailə qurub. "Kinobiz"in məlumatlarında onun Nigar Aktar kimi də təqdim edildiyi və 2015-ci ildən Türkiyədə yaşadığı qeyd olunur.
Günay Musayeva
Azərbaycanlı model türkiyəli aktyor Tolqa Karel ilə ailə qurmuşdu. Bu nikahdan Cahangir adlı oğlu var. Sonradan boşanıblar.
Nəsrin cavadzadə
Əslən azərbaycanlı olan aktrisa türkiyəli iş adamı Kadir Taner Uçarla ailə həyatı qurub. Onlar bu ilin mayında səssiz-səadasız nikah bağlayıb.
müğənni xarici evlilikMənbə: lent.az