IMG-LOGO

Dünya çempionatı: Kolumbiya 1/8 finalda

04 Jul 2026 07:36 5 baxış
IMG
2 0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Lent.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Kolumbiya və Qana milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 05:30-da start götürüb. Oyunda hesabı Kolumbiya millisi açıb. 14-cü dəqiqədə Con Arias fərqlənib. Geridə qalan dəqiqələrdə hesab dəyişməyib: 1:0.

Bu nəticədən sonra Kolumbiya növbəti mərhələyə vəsiqə qazanıb.

Kolumbiya 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.

 

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti