IMG-LOGO

Dünya çempionatının 1/8 final mərhələsinin bütün cütlükləri

04 Jul 2026 10:13 5 baxış
IMG
1 0

İyulun 4-ü gecəsi 2026-cı il Dünya çempionatının 1/8 final mərhələsində mübarizə aparacaq bütün cütlüklər müəyyənləşib.

Lent.az-ın məlumatına görə, pley-offun ikinci mərhələsində Kanada Mərakeşlə, Braziliya növbəti mərhələyə vəsiqə uğrunda Norveçlə, Fransa isə 1/32 finalda Almaniyanı məğlub edən Paraqvayla qarşılaşacaq.

Digər oyunlar isə bunlardır: Portuqaliya - İspaniya; İngiltərə - Meksika; ABŞ - Belçika; Argentina - Misir; İsveçrə - Kolumbiya.

1/8 final oyunları iyulun 4-7-də baş tutacaq. İlk oyun iyulun 4-də Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək və Kanada və Mərakeş növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaqlar.

 

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti