İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimində Donald Trampa sui-qəsd çağırışları səsləndirilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda Əli Xameneinin dəfn mərasimi zamanı üzərində ABŞ prezidenti Donald Trampa sui-qəsd çağırışı olan bayraq qaldırılıb.
Daha əvvəl xəbər verildiyi kimi, İranın ali dini orqanı İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın sui-qəsdinə birbaşa çağırış edən sənəd dərc edib və bu cür hərəkətləri "dini vəzifə" və İranın ali lideri Əli Xameneinin ölümünə cavab adlandırıb.
İran qəzetlərindən birinin ön səhifəsində Donald Trampın ona silah tuşlanan şəkli dərc olunub və başlığı "Qisas qaçılmazdır" idi.
Məqalədə atəşkəs danışıqlarının prosesi təxirə salmaq üçün bir yol kimi istifadə edildiyi iddia də edilib. Məqalə müəllifləri diplomatik dialoqu ABŞ-a yeni hərbi əməliyyatlara hazırlaşmaq imkanı verən "müvəqqəti strategiya" kimi təsvir ediblər.
Donald Tramp Əli Xamenei
Mənbə: lent.az