IMG-LOGO

Məşhur milyarder övladlarını varislikdən məhrum etmək niyyətindədir

04 Jul 2026 18:19 3 baxış
IMG
1 0

Fransalı milyarder Pyer-Eduar Sterin beş övladına miras qoymaq istəmədiyini açıqlayıb. O, bu məqsədlə 200 ildən artıqdır qüvvədə olan məşhur Napoleon Məcəlləsinə etiraz etməyə hazırlaşır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Belçikada yaşayan 52 yaşlı iş adamı bu fikirləri Fransa Senatının videobağlantı vasitəsilə keçirilən iclasında səsləndirib. 1,4 milyard avro sərvətə sahib olan Sterin bildirib ki, övladlarına miras qoymaq niyyətində deyil.

"Uşaqlarımın həyatını korlamaq istəmirəm. Onlara bir sent də verməyəcəyəm. Həyata sıfırdan başlamaq əsl azadlıqdır", - milyarder bildirib.

Napoleon Məcəlləsinə etiraz etmək istəyir

1804-cü ildə qəbul edilmiş Napoleon Məcəlləsinə əsasən, uşaqlar məcburi varislər hesab olunur. Üç və ya daha çox övladı olan valideynlərin əmlakının müəyyən hissəsi qanunla uşaqlara çatmalıdır. Sterin isə hesab edir ki, hər kəs öz əmlakı ilə bağlı sərbəst qərar vermək hüququna malik olmalıdır.

"Düşünürəm ki, hər kəs öz sərvəti ilə necə davranacağına özü qərar verməlidir. Mən var-dövlətimi xeyriyyəçiliyə yönəltmək istərdim", -  o əlavə edib.

Sərvətini necə qazanıb 

Pyer-Eduar Sterin Avropada geniş yayılmış hədiyyə sertifikatları satan Smartbox şirkətinin yaradıcısıdır. Onun şəxsi sərvəti təxminən 1,4 milyard avro qiymətləndirilir.

Siyasi baxışları da müzakirə olunur

Milyarder həmçinin ifrat sağçı baxışları ilə tanınır. O, Fransada sağ siyasi ideyaların təşviqi məqsədilə yaratdığı Périclès layihəsi ilə bağlı Senatda ifadə verib. Fransa senatorları Sterinin qanunla qadağan edilən formada siyasi qüvvələrin maliyyələşdirilməsinə cəhd göstərə biləcəyindən şübhələnirlər.

Qeyd edək ki, miras məsələləri ilə bağlı əmlakın varislər arasında bölüşdürülməsi bir çox ölkədə qanunvericiliklə tənzimlənir və qaydalar ölkədən ölkəyə fərqlənir.

Sosial Pyer-Eduar Sterin milyarder miras varislik Napoleon Məcəlləsi

Mənbə: lent.az

Xəbər lenti