IMG-LOGO

Bu gün dövlət qulluğuna qəbul üzrə müsabiqənin növbəti test imtahanı olacaq

05 Jul 2026 08:10 4 baxış
IMG
0 0

İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçirəcək.

Lent.az xəbər veri rki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

Bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

imtahan DİM

Mənbə: lent.az

Xəbər lenti