Lionel Messi etiraf edib ki, hazırda karyerasını davam etdirmək üçün əsas motivasiya böyük oğlu Tyaqodur:
"Oğlum mənə tez-tez deyir ki, 'Ata, bir neçə il daha gözlə, səninlə Argentina millisində oynamaq istəyirəm'".
Bu, realdırmı?
Lent.az-ın xəbərinə görə, Tyaqo Messi hazırda 13 yaşındadır (2012-ci ilin noyabr ayında anadan olub). O, atasının yolunu davam etdirir: "İnter Mayami"nin U-14 akademiyasında 10 nömrəli formanı geyinir və artıq ştat səviyyəsində ilk kuboklarının bir neçəsini qazanıb.
Arzusunun gerçəkləşməsi üçün Leo ən azı 41 və ya 42 yaşına qədər (Tyaqo 16 və ya 17 yaşında olacaq) futbolda qalmalıdır. Ata Messinin fenomenal formasını nəzərə alsaq, belə bir ailə debütü istisna edilə bilməz.
İdman xəbərləri
Mənbə: lent.az