IMG-LOGO

Kiyevə gecə hücumu: Ölənlərin sayı artdı - son məlumatlar

06 Jul 2026 10:48 4 baxış
IMG
1 0

Rusiyanın hücumu nəticəsində Kiyevdə artıq 11 nəfər ölüb, 46 nəfər yaralanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, iyulun 6-sı gecəsi Rusiya Kiyevə dronlar, qanadlı raketlər və ballistik raketlərlə kütləvi hücuma keçib. Ölənlərin sayı 11-ə çatıb.

Kiyev meri Vitali Kliçko deyib ki, hazırda düşmənin Kiyevə gecə hücumu nəticəsində 11 itki var. “Bunlardan biri yaralı şəxs bu səhər xəstəxanada ölüb.

46 nəfər yaralanıb. Onlardan 27-si, o cümlədən üçü uşaq, tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib", - o qeyd edib.

Kiyevə bundan əvvəlki böyük hücum iyulun 2-si gecəsi qeydə alınıb.

 

Kiyev Rusiya hücum

Mənbə: lent.az

Xəbər lenti