IMG-LOGO

Ebru Gündeşin həbsdəki keçmiş əri səssizliyini pozdu: "Ədalətə inanıram"

06 Jul 2026 11:44 2 baxış
IMG
1 0

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Murat Osman Özdemir ictimaiyyətə müraciət edib.

Lent.az Türkiyə KİV-nə istiadən xəbər verir ki,  o, Silivri həbsxanasından göndərdiyi məktubda barəsində irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

6 aydır həbsxanada olan iş adamı Türkiyə ədliyyəsinə güvəndiyini vurğulayıb. O, yaşadığı prosesi həyatının sınaqlarından biri kimi qiymətləndirdiyini qeyd edərək heç kimə qarşı incikliyinin olmadığını deyib. Özdemir məktubunda məhkəmə prosesinin qısa zamanda ədalətli yekunlaşacağına inandığını ifadə edib.

İş adamı son günlər adının müxtəlif cinayət işləri və araşdırmalarla əlaqələndirilməsindən narahat olduğunu da bildirib. Onun sözlərinə görə, bəzi dosyalarla bağlı nə şübhəli, nə də şahid qismində iştirak edir və buna baxmayaraq adının həmin işlərlə yanaşı çəkilməsi əsassızdır.

Murat Osman Özdemir cinayət təşkilatı ilə bağlı ittihamların ona aid olmadığını vurğulayaraq mediadan və ictimaiyyətdən adının əlaqəsi olmayan hadisələrlə bağlanmamasını xahiş edib.

Məktubunda milli dəyərlərə bağlı ailədə böyüdüyünü qeyd edən Özdemir bundan sonra da ölkəsinə və dövlətinə sədaqətlə xidmət etməyə davam edəcəyini söyləyib. O, əsas arzusunun ailəsi və övladları ilə birlikdə sakit və huzurlu həyat sürmək olduğunu deyib. Özdemir media nümayəndələrinə müraciət edərək davam edən məhkəmə prosesi zamanı həm ailəsinin, həm də şəxsi nüfuzunun qorunmasına həssas yanaşılmasını da istəyib.

Qeyd edək ki, Ebru Gündeş və Murat Osman Özdemir 2024-cü ilin fevralında Dubayda ailə qurub, onların nikahı 2025-ci il sentyabrın 27-də qarşılıqlı razılıq əsasında başa çatıb.

Murat Osman Özdemirin adı Selahattin Yılmazın rəhbərlik etdiyi iddia edilən cinayət təşkilatı ilə bağlı istintaqda hallanıb. O, 2025-ci ilin avqustunda saxlanılsa da, prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı. İş adamı daha sonra həmin ilin dekabrında eyni istintaq çərçivəsində yenidən həbs edilib. Barəsində aparılan istintaq davam edir.

Murat Osman Özdemir Ebru Gündeş həbs məktub iş adamı

Mənbə: lent.az

Xəbər lenti