IMG-LOGO

Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

06 Jul 2026 15:17 2 baxış
IMG
0 0

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava proqnozu

Mənbə: lent.az

Xəbər lenti