Türkiyənin tanınmış aktyoru Zihni Göktay 80 yaşında vəfat edib.
Lent.az "Bioqrafiya" rubrikasında aktyor haqqında məlumatları təqdim edir.
-Abdullah Zihni Göktay kimdir?
Abdullah Zihni Göktay Türkiyənin tanınmış kino və teatr aktyorudur.
-O, harada və nə zaman dünyaya gəlib?
Z.Göktay 2 dekabr 1945-ci ildə Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda anadan olub.
-Onun təhsil həyatı necə keçib? Orta təhsilini Pertevniyal Liseyində alıb.
-Aktyorluq fəaliyyətinə nə zaman başlayıb?
1960-1964-cü illərdə İstanbul Gənclik Teatrı və Eminönü Xalq Evinin teatr kollektivlərində həvəskar aktyor kimi çıxış edib.
-Peşəkar səhnəyə nə zaman qədəm qoyub?
- O, 1964-cü ildə peşəkar səhnəyə qədəm qoyub. Həmin ildən 1973-cü ilə qədər Ankara Meydan Səhnəsində çalışıb. 1973-cü ildən etibarən İstanbul Şəhər Teatrının aktyoru olub. O, 1978-1996-cı illərdə İstanbul Radiosunun Radio Teatrı şöbəsində çalışıb. Burada sənətçi çoxsaylı radio tamaşalarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Bundan başqa, bir çox filmin dublyajında iştirak edib.
-Zihni Göktay neçə il səhnə fəaliyyəti ilə məşğul olub?
-O, 36 il fəaliyyət göstərib və bu illər ərzində 72 tamaşada rol alıb.
-Aktyora hansı işi xüsusi uğur gətirib?
"Lüküs Hayat" operettasındakı çıxışı ilə böyük şöhrət qazanıb. Zihni Göktay məşhur "Cibali Karakolu" tamaşasında "Komissar Cafer Sabbah" obrazını canlandıraraq bu məşhur rolu yaşadan sənətçilərdən biri olub. Bu obraz onun teatr yaradıcılığının ən yaddaqalan rollarından hesab edilir. Həmçinin, "Cennet Mahallesi" serialındakı "Ethem" obrazı ilə yadda qalıb.
-Teatr fəaliyyəti ilə yanaşı, hansı film və serialda rol alıb?
Zihni Göktay “Tosun Paşa”, “Atla gel, Şaban”, “Bizimkiler”, “Cennet Mahallesi”, “Hababam sınıfı askerde”, “Ulan İstanbul” kimi məşhur film və seriallarda rol alıb.
-Hansı köməkçi rolla yadda qalıb?
"7 kocalı Hürmüz" filmində Zihni Göktay "erməni qoca" (ermeni ihtiyar) obrazını canlandırıb. Bu, onun əsas deyil, qısa, lakin yadda qalan köməkçi rollarından biridir.
-Hansı mükafatlara layiq görülüb?
Uzun illər davam edən uğurlu sənət fəaliyyətinə görə Zihni Göktay bir sıra nüfuzlu mükafatlarla təltif olunub. 2012-ci ildə Suna Pekuysal Teatr Mükafatlarının "Onur Mükafatı"na, 2015-ci ildə "Cibali Karakolu" tamaşasına görə Lions Teatr Mükafatlarının "İlin Teatr Xidməti Mükafatı"na, 2017-ci ildə Yeni Teatr Dərgisinin "Əmək Mükafatı"na, 2019-cu ildə isə Sadri Alışık Teatr Mükafatlarının "Onur Mükafatı"na layiq görülüb.
-Aktyor nə zaman dünyasını dəyişib?
O, 5 iyul səhər saatlarında dünyasını dəyişib.
-Ölüm səbəbi nədir?
Aktyorun 4 iyul axşam saatlarında qəfil səhhəti pisləşdiyi üçün xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsində müalicəyə alınıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Rəsmi açıqlamada aktyorun ölümünün dəqiq tibbi səbəbi barədə məlumat verilməyib.
-Həyatının son illəri necə keçib?
Aktyor son illərində yaşadığı evi plana düşdüyü üçün qocalar evinə yerləşdirilimişdi.
aktyor bioqrafiyaMənbə: lent.az