Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun rayonun Samur qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.
Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.
Yük avtomobilində daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.
Faktla bağlı araşdırma aparılır./ APA
Hadisələr



Mənbə: lent.az