IMG-LOGO

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

07 Jul 2026 16:43 3 baxış
IMG
1 0

1 avqust tarixindən etibarən Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı zamanı məlumat verib.

Nazir Ceyhun Bayramov avqustun 1-dən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sinqapur viza

Mənbə: lent.az

Xəbər lenti