IMG-LOGO

Dünyanın ən çox qazanan bloqerləri AÇIQLANDI: İldə 300 milyon...

08 Jul 2026 12:28 2 baxış
IMG
2 0

"Forbes" jurnalı dünyanın ən çox qazanan bloqerləri, influenserləri və kontent yaradıcılarının illik reytinqini dərc edib.

Lent.az xəbər verir ki, siyahıya növbəti dəfə 28 yaşlı MrBeast başçılıq edib. Məlumata görə, onun son bir ildə əldə etdiyi gəlir 300 milyon dollar təşkil edib.

Reytinqin ikinci pilləsində ssenari əsasında qısametrajlı videolar hazırlayan Dhar Mann yer alıb. Onun illik gəliri 65 milyon dollar olaraq qiymətləndirilib.

Üçüncü sırada isə "The Diary of a CEO" podkastının aparıcısı Steven Bartlett qərarlaşıb. Onun son bir ildə qazancı 52 milyon dollar olub.

"Forbes" qeyd edir ki, bu qazanc yalnız reklam gəlirlərindən ibarət deyil. Sözügedən kontent yaradıcıları sosial şəbəkələrdən kənarda da bizneslərini inkişaf etdirirlər. Onlar striminq və realiti layihələr yaradır, podkastlar hazırlayır, həmçinin, müxtəlif məhsul və brendlərini bazara çıxararaq gəlirlərini artırırlar.

bloqer qazanc gəlir reklam

Mənbə: lent.az

Xəbər lenti