IMG-LOGO

Müğənni üsyan etdi: "Bu, naz etmək deyil, çox yorulmuşam"

08 Jul 2026 14:59 2 baxış
IMG
2 0

Türkiyəli müğənni Demet Akalın sıx iş qrafikinə görə yeni konsert təkliflərini qəbul etməyəcəyini açıqlayıb.

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiprdəki konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Akalın artıq əvvəlcədən razılaşdırılmış proqramlardan başqa heç bir yeni təklifə "hə" deməyəcəyini söyləyib. Yay mövsümü ərzində demək olar ki, hər gün səhnəyə çıxan sənətçi bildirib ki, bu qədər gərgin iş rejimi həm fiziki, həm də psixoloji baxımdan onu xeyli yorub. 

Müğənni yaşadığı vəziyyəti zarafatla "tükənmişlik sindromu" adlandırıb:

"Artıq yorğunluğun başqa mərhələsindəyəm. Bu, naz etmək deyil, həqiqətən çox yorulmuşam. Bu mövsüm insanın tab gətirə bilməyəcəyi qədər konsert vermişəm".

Demet Akalın yalnız əvvəldən planlaşdırılan konsert proqramlarını başa vuracağını, bundan sonra isə dincəlməyə üstünlük verəcəyini bildirib.

Sənətçi eyni zamanda aparıcısı olduğu televiziya layihəsinin də yekunlaşmaq üzrə olduğunu qeyd edib. Onun sözlərinə görə, proqramın bitməsinə cəmi altı buraxılış qalıb və televiziya işi ilə intensiv konsert qrafikini eyni vaxtda davam etdirmək artıq mümkün deyil.

müğənni konsert

Mənbə: lent.az

Xəbər lenti