IMG-LOGO

Zaqatalada çay sahilində köməksiz qalan qoruq əməkdaşı xilas olundu - YENİLƏNİB - VİDEO

08 Jul 2026 17:20 4 baxış
IMG
2 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Lent.az-a, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

Zaqatala sakini Katex çayının kənarında sel basan ərazidə köməksiz qalıb.

***

16:49

Lent.az APA-ya istinadla xəbər verir ki, həmin şəxsin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşı Ramil Asxabov olduğu bildirilib.

Katex çayının kənarında sel basan ərazidə köməksiz qalan kişini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

Zaqatala sel basma

Mənbə: lent.az

Xəbər lenti