IMG-LOGO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib - VİDEO

08 Jul 2026 17:46 4 baxış
IMG
0 0

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib. Tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 6 fakt aşkarlanıb.

Lent.az xəbər verir ki, müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 30 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 20, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlanıb. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içkinin təsiri altında avtomobil idarə edən 4 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 39 motoxuliqan barəsində inzibati tədbir görülüb.

Hadisələr profilaktik tədbir

Mənbə: lent.az

Xəbər lenti