IMG-LOGO

ABŞ yenidən İranı vurmağa başladı - VİDEO

09 Jul 2026 00:59 3 baxış
IMG
0 0

ABŞ ordusu çərşənbə günü Hörmüz boğazında İranın hərbi hədəflərinə zərbələr endirib.

Bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən “Axios” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, Tehranın Hörmüz boğazında ticarət gəmilərinə hücumunu dayandırması üçün ABŞ-ın İran hədəflərinə hücum etdiyi ikinci gündür.

“ABŞ ordusu, prezident Donald Trampın iki ölkə arasında atəşkəsin bitdiyini bildirməsindən bir neçə saat sonra çərşənbə günü İrana qarşı daha bir hava hücumu təşkil etdi”.

Bu, ABŞ Mərkəzi Komandanlığının “X” hesabında yazılan açıqlamada öz əksini tapıb.

"Baş Komandanın göstərişi ilə ABŞ Mərkəzi Komandanlığı qüvvələri Hörmüz boğazında keçid azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıb. ABŞ İranı son zamanlar kommersiya gəmiçiliyinə və həyati əhəmiyyətli beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı əsassız təcavüzə görə məsuliyyətə cəlb edir.", - açıqlamada deyilir.

https://t.me/mouzeiran/11200?single

 

ABş İran

Mənbə: lent.az

Xəbər lenti