IMG-LOGO

Dünya çempionatı: 17 oyunçu sarı vərəqə səbəbindən yarımfinalda oynamaya bilər

10 Jul 2026 09:37 4 baxış
IMG
34 0

Sarı vərəqələrin çoxluğu səbəbindən 17 futbolçu Dünya çempionatının yarımfinal oyunlarını buraxmaq riski ilə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, turnir qaydalarına əsasən, dörddəbir finaldan əvvəl iki sarı vərəqə alan oyunçular yarımfinalda komandalarına kömək edə bilməyəcəklər.

Sarı vərəqələrə görə yarımfinalda oynaya bilməyəcək futbolçular: İssa Diop, Əşrəf Hakimi, Bilal El Hannus, Reduan Halhal (hamısı Mərakeş), Niko O'Reyli, Deklan Rays, Mark Qyue, Cud Bellinqem (İngiltərə), Manu Kone, Maykl Olise (Fransa), Qranit Caka, Denis Zakaiya, Miro Muheym (İsveçrə), Ferran Torres (İspaniya), Antonio Nusa (Norveç), Brendon Meşele (Belçika), Qonsalo Monti (Argentina)  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti